Vens: ABŞ və İran arasındakı saziş bu ölkələri də əhatə edəcək

ABŞ və İran arasındakı münaqişənin nizamlanmasına dair əldə olunacaq razılaşmalar regional xarakter daşıyaraq İsrail, Livan və Fars körfəzi ölkələrini də əhatə edəcək.

Referans Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib.

Amerikalı jurnalist Meqin Kelliyə müsahibə verən vitse-prezident planlaşdırılan sənədin miqyasını açıqlayıb:

"Bu, regional sülh sazişidir. Bura Fars körfəzi, İsrail və Livan daxil olacaq. Əsas ideya ondan ibarətdir ki, bu, əsl regional sülh müqaviləsidir".

İyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistanın rəsmi nümayəndələri Vaşinqton ilə Tehran arasında 60 günlük atəşkəs sazişinin əldə olunduğunu təsdiqləyiblər. Sözügedən sənədin iyunun 19-da İsveçrədə imzalanması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki