Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştlərinin tətbiqi qaydası dəqiqləşdirilir.

Referans Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
 

Layihəyə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmalarının və güzəştlərinin tətbiqi müddəti təqvim ili ərzində başladıqda və ya başa çatdıqda, həmin hesabat ili üzrə vergidən azad edilən gəlir (mənfəət) məbləği və ya əmlak (torpaq) dəyəri güzəştin qüvvədə olduğu günlərin sayının müvafiq təqvim ilindəki günlərin ümumi sayına olan nisbətinə mütənasib olaraq müəyyən ediləcək.

Vergi ödəyicisinin vergi uçotu vergi azadolmalarının və güzəştlərinin tətbiq edildiyi və edilmədiyi dövrlər üzrə gəlirlərin və xərclərin dəqiq fərqləndirilməsinə imkan verdiyi halda həmin azadolmalar və güzəştlər onların qüvvədə olduğu dövr üzrə faktiki göstəricilər əsasında tətbiq olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki