Vətəndaşların DİQQƏTİNƏ: Bu üsulla ödəniş edirsinizsə, vergidən yayınmaya KÖMƏK EDİRSİNİZ! backend

Vətəndaşların DİQQƏTİNƏ: Bu üsulla ödəniş edirsinizsə, vergidən yayınmaya KÖMƏK EDİRSİNİZ! 

Azərbaycanda
bəzi müəssisələrin vergidən yayınmaq üçün yeni yola əl atdıqları müşahidə
olunur.

Redaksiyamıza müxtəlif zamanlardan daxil olan şikayətlərdə vətəndaşlar
bildirirlər ki, bəzi mağaza, hətta özəl klinikalarda onlar nağdsız ödəniş etmək
istədiklərini dedikdə məhsulun və ya xidmətin qiymətinin normal qiymətdən 30-40
manat yüksək olduğu deyilir. Nağd ödəniş mümkün olmadıqda isə kartdan karta ödəniş
üsulunu təklif edirlər.

Bəs
bu, nə qədər qanunidir? Nağdsız ödəniş zamanı qiymətin daha çox deyilməsi
düzgündürmü? Belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidirlər?

Hüquqşünas,
iqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”
-a açıqlamasında bu sualları cavablandırıb.

“Konstitusiyaya
uyğun olaraq, bazar iqtisadiyyatı şəraitində yaşadığımıza görə, hər kəs satdığı
malın qiymətini təyin etməkdə sərbəstdir. Lakin qeyd etdiyiniz hal qətiyyən
qanuni deyil. Yəni ki, faktiki olaraq bu halda vergidən yayınma var. Faktiki
olaraq həmin mağaza vətəndaşa deyir ki, kartla, post-terminalla ödəyirsənsə, mən
sənə çek verəcəyəmsə, mən o tutulan vergini səndən çıxacam. İstəyirsənsə, nağd
ödə və vergini səndən almayım. Bu, qanunsuzdur. Vergi orqanı bundan xəbər
tutacaqsa, fərdi sahibkar və ya şirkət olmasından asılı olmayaraq, həm ondan
vergi tutacaq, həm faiz gələcək üstünə, həm də cərimələr tətbiq olunacaq. Amma
prinsipcə, aydındır ki, istənilən sahibkar satdığı məhsulun üzərinə verginin məbləğini
də gəlir. Guya bu sahibkar vətəndaşa yaxşılıq etmək istəyir. Amma vətəndaşa belə
bir təklifin edilməsi qanunsuzdur və vergidən yayınmadır”.

Hüquqşünas
qeyd edib ki, vətəndaşlar bilərəkdən və yaxud bilmədən bu təklifi qəbul edərsə,
bu zaman vergidən yayınmaya kömək etmiş olur.

“Etiraf
edək ki, əksər hallarda vətəndaşlar bunu qəbul edir. Vətəndaş üçün onun az pul
ödəməsi daha vacibdir. Biz elə bir cəmiyyətdə yaşamırıq ki, ödədiyimiz verginin
bizə faydası olacağı üçün onun aqibətini güdək. Əslində, belə düşünmək düzgün
deyil, lakin cəmiyyətdə artıq bu fikir formalaşıb. Buna görə də bu hal tam
olaraq vergidən yayınmaq deməkdir və vətəndaşlar buna etiraz edərək həmin müəssisə
ilə bağlı tədbir görülməsi üçün lazımi qurumlara müraciət etməlidir”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki