Gürcastanda rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç gürcü həmkarı Mixail Kavelaşvili ilə görüşüb.
Referans Media xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında sıx dostluq əlaqələri, mədəni yaxınlıq, ortaq dəyərlər və müasir geosiyasi çətinlikləri müzakirə ediblər. Həmçinin Gürcüstan və Serbiya arasında siyasi, iqtisadi, texnoloji, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili qeyd edib ki, ortaq mədəni kimlik və hər iki dövlətin üzləşdiyi mürəkkəb çətinliklər ikitərəfli münasibətlərin daha da inkişafı və beynəlxalq arenada bir-birinin mövqelərinin dəstəklənməsi üçün möhkəm təməl yaradır. O diqqətə çatdırıb ki, "Orta Dəhliz"in əsas həlqələrindən biri olan Gürcüstan Qərbi Balkan regionu ilə tərəfdaşlığını genişləndirməkdə maraqlıdır və bu, Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, Prezident Aleksandar Vuçiç rəsmi səfər çərçivəsində ilk dəfə Tbilisiyə səfər edir./Publika.az
