Xalq artisti Sərdar Fərəcov palataya köçürülüb

  Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir.

Referans APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki