İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təftiş Bölməsinin rəhbəri Möhsün Nəcəfinin martın 29-da Xameneyinin ofisinə edilən hücum nəticəsində öldürüldüyü məlum olub.
Referans Media xəbər verir ki, onun cəsədi tanınmaz halda olduğu üçün şəxsiyyətini müəyyənləşdirmək uzun müddət vaxt aparıb.
Məlumata görə, hücum zamanı cəsəd parçalandığından şəxsiyyətin müəyyən edilməsi yalnız 32 gün sonra mümkün olub.
Ekspertlər Nəcəfinin qalıqlarını, konkret olaraq topuq sümüyünün bir hissəsini DNT testindən keçirərək onun kimliyini təsdiqləyiblər./Musavat.com























