image-hamaney-i-parmagindaki-yuzuk-mu-olume-goturdu-19627220_1923_ampbackend

Xameneinin ölümündə şok iddia: hər şey üzükdən başladı? – FOTO

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda bölgədə gərginlik davam edərkən, İranın ali dini lideri Əli Xameneinin ölümü ilə bağlı sensasion iddia gündəmə gəlib. İsrail əsilli insan haqları fəalı Devid Keys, Xameneinin ölümü ilə bağlı diqqətçəkən açıqlama verib.

Referans Media xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda başlatdığı hücumlar nəticəsində Ayətullah Əli Xamenei öldürülüb. Dövlət televiziyası hadisəni “İslam inqilabının liderinin şəhadətə çatması” kimi təqdim edib.

Xameneinin ölümündən sonra İran hökuməti ölkədə 40 günlük milli matəm, 7 günlük rəsmi tətil elan edib.

Məlumata görə, hücum zamanı Xameneinin ailə üzvlərindən bəziləri də həyatını itirib. İran İnqilab Keşikçiləri Korpusuna yaxın olan “Fars News Agency”nin məlumatına görə, ABŞ-İsrail zərbələri nəticəsində onun qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri həlak olub.

“Üzüyünə dinləmə cihazı yerləşdirilmişdi” iddiası

Devid Keys sosial şəbəkədə etdiyi paylaşımda iddia edib ki, Xameneinin daim barmağında gəzdirdiyi üzüyə gizli dinləmə cihazı yerləşdirilib. Onun sözlərinə görə, bu əməliyyatı guya Mossad agenti həyata keçirib.

Keys yazıb: “Bunu açıqlamaqdan çəkinirdim, amma indi deyə bilərəm ki, Xameneinin üzüyünə dinləmə cihazı yerləşdirən Mossad agentinin adı Şama Hakoldur. O mənim yaxın dostumdur və bu missiya üçün böyük risk aldı. Bir gün bu hekayə film olacaq.”

Bu iddia hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və geniş müzakirələrə səbəb olub.

Ayətullah Əli Xamenei 19 aprel 1939-cu ildə İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub. Onun atası Cavad Xamenei Azərbaycan mənşəli din xadimi idi və ailə İranın azərbaycanlı türklərindən hesab olunur.

Xamenei İran İslam Respublikasının qurucusu “Ruhullah Xomeyni”nin ən yaxın silahdaşlarından biri sayılırdı və inqilabdan sonra ölkənin siyasi sistemində mühüm rol oynayıb.

37 il İranın ən güclü fiquru oldu

1989-cu ildə Xomeyninin ölümündən sonra Əli Xamenei İranın ali rəhbəri vəzifəsinə seçildi və 37 ildən çox müddətdə ölkənin ən güclü siyasi fiquru kimi fəaliyyət göstərdi. O, bundan əvvəl iki müddət İranın prezidenti olub və yeni siyasi sistemin formalaşmasında əsas simalardan biri sayılır.

image-hamaney-i-parmagindaki-yuzuk-mu-olume-goturdu-19627220_5584_m


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki