image-xaos-tanrisibackend

“Xaos Tanrısı” Bakının üzərindən keçəcək? – “Rusiyaya sürprizlər hazırlanıb…”

“Xaos Tanrısı” adlı böyük asteroidin Yerə yaxınlaşdığı bildirilir. NASA üç futbol meydançası ölçüsündə olan bu səma cismini potensial təhlükəli asteroidlər siyahısına daxil edib. Asteroidin xüsusilə Rusiya üzərindən keçəcəyi ehtimal olunur.

“Xaos Tanrısı” Azərbaycan üzərindən keçə bilərmi? Belə asteroidlər dünya üçün hansı təhlükələr vəd edir?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan astroloq Firudin Qurbansoy deyib ki, vaxtaşırı insanlarda vahimə yaradan bu tip xəbərlər məqsədli şəkildə gündəmə gətirilir:

“Bunlar cəmiyyətdə qorxu formalaşdırmağa hesablanıb. “Turşu yağışı yağacaq”, “Yer kürəsi məhv olacaq”, “Qiyamət yaxınlaşır” kimi əsassız iddialar yayaraq insanları təşvişə salmağa çalışırlar. Əlbəttə, belə xəbərlərə görə vahiməyə düşməyə əsas yoxdur. İnsanlara və xüsusilə uşaqlara qarşı zorakılıq törədən, insanlığa zidd qüvvələrin təsiri ilə yayılan bu tip məlumatlara inanmaq düzgün deyil”.

Astroloq bildirib ki, ola bilsin, həmin qüvvələr bu asteroidlə Rusiya üçün müəyyən sürprizlər hazırlayıb:

“Lakin Azərbaycanın təşvişə düşməsi üçün əsas yoxdur və ölkə üçün hər hansı təhlükə gözlənilmir. Dini mənbələrdə qiyamətin yaxınlaşmasının əlamətləri qeyd olunur və bu barədə hədislərdə daha geniş məlumat verilir. Baş verə biləcək hadisələrin qarşısını yalnız qorxu hissi ilə almaq mümkün deyil. Qeyd edim ki, yaxın zamanda dünyanı sarsıdacaq genişmiqyaslı hadisələrin baş verəcəyi gözlənilmir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki