Xaricdə yaşayan blogerlərin barəsində ittiham aktı elan edildi – MƏHKƏMƏ

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən qapalı prosesdə ittiham aktının elan olunmasına başlanılıb.

Məlumata görə, bu cinayət işi üzrə daha 3 nəfər – Orduxan Teymurxan (Bəbirov), Orxan Ağayev və Rəfael Piriyev də ittiham olunur.

Növbəti proses dekabrın 5-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (silahlı qiyam, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar.

Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki