Allahşükür Paşazadə Patriarx Kirillə görüşdü – FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

Referans Media APA-ya istinadən xəbər verir ki, görüş Partriarxın Danilov monastırındakı iqamətgahında keçirilib.

    Allahşükür Paşazadə Patriarx Kirilli 80 illik yubileyi münasibətilə təbrik edib.

    Görüşdə həmçimin Azərbaycan ilə Rusiya arasında dinlərarası dialoqun daha da intensivləşdirilməsi məsələləri müzakirə edilib.

    Görüşdə iştirak edən Azərbaycan səfiri Rəhman Mustafayev Azərbaycan və Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin yaxşı ənənələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəni qeyd edərək Patriarxa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktublarını təqdim edib.

    krl 2

    Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
    Xəbərlərimizi Google-da daha asan izləyin!

    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki