Yağış, sulu qar, güclü külək – Hava şəraiti kəskin dəyişir

Şərqi Aralıq dənizi üzərində formalaşan siklon Azərbaycana doğru hərəkət edir və bu, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinə səbəb olacaq. Sinoptiklər yaxın saatlarda yağıntıların intensivləşəcəyini, bəzi bölgələrdə isə güclü olacağını bildirirlər.

Referans Media-ya danışan meteoroloq Cavidan Əliyev qeyd edib ki, Şərqi Aralıq dənizi üzərindən hərəkət edən siklonun təsiri ilə ölkə ərazisində yağış yağacağı, axşama doğru isə yağıntıların intensivləşəcəyi gözlənilir. Bəzi ərazilərdə yağıntılar güclü olacaq.

Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarda yağıntılar arabir intensivləşən sulu qar və qar şəklində müşahidə olunacaq. Gecə saatlarından etibarən bəzi Aran rayonlarında da sulu qara keçəcəyi, sabah axşam saatlarında isə Bakıda sulu qar ehtimalının olduğu bildirilir.

Meteoroloq əlavə edib ki, rayonlarda arabir güclənən şimal-şərq küləyi 12–17 m/s, bəzi yerlərdə 18–23 m/s, bəzi şərq rayonlarında isə 25–30 m/s-dək güclənəcək.

Dağlıq ərazilərdə isə qatı duman və qar yığınlarının nəqliyyatın hərəkətində çətinlik yaradacağı gözlənilir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki