Dünyada yalnız Van gölündə yaşayan və çoxalma dövrü ilə əlaqədar şirin sulara köç edən mirvari kefallarının (inci kefali) köçü hər il olduğu kimi bu il də böyük marağa səbəb olub.
Referans Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, təbiət hadisəsini izləmək üçün ölkənin dörd bir yanından insanlar Vanın Erciş rayonunda yerləşən "Mirvari Kefalı Təbiət Parkı"na üz tutublar.
Balıqların cazibə qüvvəsinə meydan oxuyaraq suyun axınına qarşı yuxarıya doğru üzdüyü anlar və göydə uçan qağayıların balıq ovu, Türkiyənin dörd bir yanından gələn ziyarətçilər və fotoqrafiya həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
