Yaşadığı evin zirzəmisində yanaraq VƏFAT ETDİ

Ağstafada yanğın olub.

Referans Media  xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra evin zirzəmisindən E.Əliyevin yanmış meyiti aşkar edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki