image-laricanibackend

Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar – Laricani

İranın elektrik şəbəkəsi məhv edilsə, Yaxın Şərq 30 dəqiqə ərzində qaranlığa qərq olar.

Referans Media Axar.az-a istinadən xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində yazıb.

“Donald Tramp deyib ki, bir saat ərzində İranın elektrik enerjisini kəsə bilərdim, amma bunu etmədim.

Əgər o bunu etsə, bütün bölgədə elektrik kəsilməsi cəmi yarım saat çəkərdi.

Qaranlıq bölgədə qaçan ABŞ hərbçilərini tapmaq və onları ovlamaq üçün əlverişli bir fürsətə çevrilərdi”, – o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki