Yeni təhlükə: Meymunçiçəyi qonşu ölkəyə çatdı – iki yoluxma faktı

Sankt-Peterburqda meymunçiçəyi (mpox) virusuna iki yoluxma faktı rəsmi olaraq təsdiqlənib.

Xəstələr orta ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin məlumatına görə, xəstəliyin əsas əlamətləri bunlardır:

yüksək hərarət

ümumi intoksikasiya və halsızlıq

limfa düyünlərinin böyüməsi

dəridə əvvəl ləkə, sonra isə irinli yaraya çevrilən səpkilər

Virus yaxın təmas zamanı ötürülür — həm heyvandan insana, həm də insanlar arasında.

Bundan əvvəl oxşar hallar Moskva vilayətinin Domodedovo şəhərində də qeydə alınmışdı. Orada ilk xəstənin kontaktları da daxil olmaqla üç nəfər yoluxmuşdu.//Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki