Yeni təyin edilən müşavirə daha bir vəzifə verildi

Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsinə sədr təyin edilib.

Referans Media xəbər verir ki, bu vəzifə Hüseyn Əliyevə həvalə olunub.

Qeyd edək ki, sözügedən komitə bu ilin may ayında təsis edilib.


Məlumat üçün deyək ki, H.Əliyev uzun müddət iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri olub. O, 2025-ci ilin əvvəllərində öz ərizəsi ilə işindən ayrılıb.


Bir müddət öncə isə, H.Əliyevə yenidən Nazirlikdə vəzifə verilib. Belə ki, o, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sədrinin müşaviri vəzifəsinə təyin olunub.
 

Xatırladaq ki, Azərbaycan Güləş Federasiyasının prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarovdur./Plat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki