backend

Yevlaxda yol qəzası baş verib, 3 nəfər yaralanıb

Yevlaxda yol qəzası baş verib, yaralananlar var.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə yolunun Tanrıqulular kəndi yaxınlığından keçən hissəsində baş verib.

İlkin məlumata görə, “VAZ və “Qazel” markalı maşınların toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralılar- 2001-ci il təvəllüdlü Qənifə Bayramova, 1959-cu il təvəllüdlü Nailə Bayramova və 1971-ci il təvəllüdlü Nofəl İsmayılov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki