Zakir Həsənovun yanındakı general kimdir? – DOSYE

Referans Media    xəbər verir ki, fotoda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yanında general-mayor Anar Kərimov görünür.

Saytımızın əldə etdiyi məlumata görə, o, Nazirliyin Mühəndis Qoşunları Baş İdarəsinin rəisidir və Azərbaycan Ordusunun tarixində ilk mühəndis qoşunları generalıdır.

A.Kərimov 1988-1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil alıb və ixtisasca tərbiyəvi işin təşkili üzrə komandir müavinidir. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirib, həmçinin Böyük Britaniya, ABŞ, Almaniya və Türkiyədə qərargah və planlama kurslarında iştirak edib.

2014-cü ildən Mühəndis Qoşunları İdarəsinin rəisi olan general-mayor Anar Kərimov Qarabağ Müharibəsinin və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədə göstərdiyi şücaətə görə “general-mayor” rütbəsinə layiq görülüb və “Zəfər” ordeni, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib./Bakıvaxtı.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki