ARB TV-nin məşhur aparıcısı Zaur Kamal yenidən efirə qayıdır.
Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki, o, mayın 4-dən etibarən ARB TV-də yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Verilişin adı hələlik açıqlanmayıb.
Teleaparıcının “Həmin Zaur” layihəsi yeni adla efirə qayıdacaq.
Bu barədə Zaur Kamal faktı təsdiqləyib: “İnşallah, mayın 4-də efirə qayıdırıq. Proqram ARB TV-də yayımlanacaq.”
Qeyd edək ki, martın 18-dən etibarən “Həmin Zaur” və “Səni axtarıram” verilişləri dayandırılaraq efirdən qaldırılıb.
ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva isə mövzuya münasibət bildirib. O, manset.az-a açıqlamasında “Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin” sözlərini deyib.























