Zaxarova Ağ Evə qoyulmuş Ukrayna xəritəsindən danışdı

  Ağ Evdə görüş zamanı təqdim edilən Ukrayna xəritəsi həm Prezident Volodimir Zelenski, həm də onu dəstəkləyən Qərb ölkələri üçün “üzə vurulan sillə” təsiri yaratdı.

Referans  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu xəritə, əslində, psixoloji təzyiq aləti idi. Onun nümayişi Zelenskiyə və Qərb müttəfiqlərinə Ukraynanın münaqişə zamanı üzləşdiyi itkiləri aydın şəkildə göstərmək məqsədi daşıyırdı”, – deyə Zaxarova bildirib.

 O vurğulayıb ki, Rusiya üçün münaqişənin həlli məsələsi ərazi mübahisələri ilə deyil, insanların və tarixi dəyərlərin qorunması ilə bağlıdır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki