Zelenski üçtərəfli danışıqların tarixini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Ukrayna və Rusiya arasında aparılan üçtərəfli danışıqların 1 fevral tarixində davam etdiriləcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı videomüraciətində Rusiya–Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirib. Rusiya ordusunun hava hücumları nəticəsində ölkənin müxtəlif bölgələrində enerji problemlərinin davam etdiyini bildirən Ukrayna lideri, “Şübhəsiz ki, hazırda ən böyük çətinliklərlə üzləşən şəhər Kiyevdir” deyə qeyd edib.

Müharibənin sona çatdırılması məqsədilə ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üçtərəfli müzakirələrin aparıldığını xatırladan Zelenski bildirib ki, növbəti görüşlər üçün artıq hazırlıq görülür.

Onun sözlərinə görə, danışıqlarda iştirak edən nümayəndə heyətləri üçtərəfli müzakirələrin 1 fevralda davam etdirilməsi barədə razılığa gəliblər. Zelenski görüşlərin mümkün qədər tez keçirilməsinin vacibliyini vurğulayaraq bildirib: “Bu prosesi sürətləndirə bilsək, yaxşı olar. Ukrayna müzakirə olunmalı və razılaşdırılmalı olan bütün məsələlər üzrə maksimum dərəcədə hazır olacaq.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki