Hörmüz boğazında böhran bitir? – Rubiodan diqqətçəkən açıqlama

İranla Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danııqlarda irəliləyiş var, lakin hələ yekun qərar verilməyib. 

Referans Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“İrəliləyiş var, lakin bu, bizi hələ ki yekun qərara gətirməyib. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq”, – o bildirib.

Onun sözlərinə görə, İran və Omanın iştirakı ilə keçirilən məsləhətləşmələrin məqsədi qısamüddətli perspektivdə daha çox gəminin Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidini təmin etməkdir.

ABŞ dövlət katibi qeyd edib ki, hazırda boğaz açıqdır və neft daşımaları davam edir.

Rubio əlavə edib ki, ABŞ üçün prioritet məsələ Hörmüz boğazında normal gəmiçiliyin tam bərpasıdır. Onun sözlərinə görə, bundan sonra Tehranla aparılacaq danışıqların əsas mövzusu İranın nüvə proqramı olacaq./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki