Zərdabda ağır yol qəzası – Ölən və yaralananlar var

Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Referans Media  xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-ü azyaşlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki