Türkiyəli aktrisa Pelin Karahan ilə iş adamı Bedri Güntayın 2014-cü ildə evləndikləri, lakin evliliklərində problemlər yaşadığı iddia olunur.
Referans Media xəbər verir ki, 12 illik evli olan cütlük ayrı yaşayaraq boşanmaq qərarına gəlib.
Məşhur jurnalist Birsen Altuntaşın xəbərinə görə, iki övladı olan cütlük fikir ayrılığı səbəbilə yollarını ayırmaq üzrədir. Bedri Güntayın ayrı bir evə köçməsi boşanma iddialarını gücləndirib. Karahan ilə Güntay uşaqları Ali Demir və Eyüp Canın maraqlarını ön planda tutaraq prosesi dostyana şəkildə həll etməyi planlaşdırırlar.
Hələlik həm Pelin Karahan, həm də Bedri Güntay məsələyə dair rəsmi açıqlama verməyiblər.
Pelin Karahan bir neçə həftə əvvəl verdiyi açıqlamada həyatından məmnun olduğunu bildirmişdi: “Xəyalını belə qura bilməyəcəyim bir həyatı yaşayıram. Karyera və maddi narahatlığım yoxdur.”
Aktrisa, bir proqramda isə belə açıqlama vermişdi: “Bir ara qadınlar ərimə sosial mediadan çılpaq şəkillər göndərirdilər, amma mən buna fikir vermirəm, heç qısqanclıq etmirəm. Bedri mənə ilk görüşdə toxundu, yaxşı gəldi. Bir də baxdım ki, evlənmişik.”























