Bir müddət öncə 12 saat ərzində 1113 kişi ilə münasibətdə olduğunu iddia edərək dünya mediasının gündəminə düşən “OnlyFans” modeli Lili Filips vəftiz olunduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, model bu barədə “Daily Star” qəzetinə verdiyi müsahibədə danışıb.
O qeyd edib:
“Bazar günü vəftiz olundum. Həqiqətən çox gözəl idi. Tanrı ilə münasibətimi yenidən möhkəmləndirmək mənim üçün çox dəyərli oldu”.
Lili Filips 2026-cı ildə yeni bir mərhələyə qədəm qoyduğunu və prioritetlərinin dəyişdiyini bildirib. O, uşaqlıqdan xristian dəyərləri ilə böyüdüyünü deyib.
Sıx iş qrafiki səbəbindən kilsəyə müntəzəm gedə bilmədiyini bildirən model ibadətini gündəlik həyatında davam etdirdiyini söyləyib:
“Kilsəyə tez-tez gedə bilmirəm, yalnız imkan olanda. Çox məşğul idim və çox səyahət edirdim, buna görə də hər zaman mümkün olmur.
Dua edirəm. Bu, həyatda baş verənlərə görə dəyişir, bəzən 5, bəzən isə 10 dəqiqə çəkir. Dua etmək üçün mütləq kilsədə olmağa ehtiyac yoxdur”.
Musavat.com






















