128 dəfə daxil olduğu sürücülük imtahanını yenə keçə bilmədibackend

128 dəfə daxil olduğu sürücülük imtahanını yenə keçə bilmədi

  İngiltərədə bir sürücü namizədi, sürücülük vəsiqəsi almaq üçün girdiyi nəzəri imtahanda 128-ci cəhdində də uğur qazana bilməyib.

Referans.az  xarici mətbuata istinadən xəbər verir ki, o, bu müddət ərzində imtahan haqlarına təxminən 3 min funt sterlinq (təxminən 6.400 manat) xərcləyib.

Məlumata görə, başqa bir sürücü namizədi 75-ci cəhdində imtahanı keçərək uğur qazanıb. Hər bir nəzəri imtahanın qiyməti 23 funt təşkil edir.

Rəsmi məlumatlara görə, 2024–2025-ci illərdə nəzəri imtahanı keçənlərin faizi 44,9%, praktiki imtahanı keçənlərin faizi isə 48,7% olub. Yetkililər namizədlərə yalnız tam hazır olduqları halda imtahana girməyi tövsiyə ediblər./Bizim.Media   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki