Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstinin müstəqilliyini tanımağa çağırıblar.
Referans xəbər verir ki, Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsi ilə bağlı “Nyu-York çağırışı” adlı birgə bəyanat yayıblar.
Sözügedən ölkələr İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yoluna sadiq olduqlarını bəyan edərək digər dövlətlərə çağırış ediblər./Globalinfo.az