image-15-ulkeden-hurmuz-plani-yeni-guvenlik-mekanizmasi-kurulacak-1782626_202604081428_20260408142824_1-1backend

15 ölkədən Hörmüz planı: “Yeni təhlükəsizlik mexanizmi qurulacaq”

Fransa Prezidenti Emanuel Makron Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün təxminən 15 ölkənin iştirakı ilə genişmiqyaslı əməliyyat hazırlandığını açıqlayıb.

Referans Media-nın məlumatına görə, Milli Müdafiə Şurasının iclasında çıxış edən Makron bildirib ki, Hörmüz boğazı üçün yeni təhlükəsizlik mexanizmi yaradılması planlaşdırılır.

Fransa lideri qeyd edib ki, təxminən 15 ölkənin iştirakı ilə “dəniz tapşırıq qüvvəsi”nin formalaşdırılması istiqamətində hazırlıqlar davam edir. O, bu planın İranla koordinasiya şəraitində həyata keçiriləcəyini də vurğulayıb.

Məlumata görə, Oman kimi ölkələrin tələbləri əsasında deyil, bölgədə gəmiçilik azadlığını uzunmüddətli şəkildə təmin edəcək sabit mexanizmin qurulması hədəflənir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki