Merkuri və Venera planetlərinin harmonik təsiri sevgi, ünsiyyət və münasibətlər sahəsində müsbət enerjilər gətirəcək.
Referans xəbər verir ki, bu təsir üç gün ərzində davam edəcək və bu dövr sevgi münasibətləri, dostluqlar, yaradıcılıq və estetik mövzularda uğurlu nəticələr vəd edir.
Bu üç günlük müddət ərzində insanlar bir-biri ilə daha rahat və səmimi ünsiyyət quracaq. Romantik hisslərin ifadəsi, flört, xoş mesajlaşmalar və maraqlı tanışlıqlar üçün əlverişli şərait yaranacaq. Eyni zamanda, sevgi etirafları, sevdiyiniz insana hədiyyə almaq və ya birgə vaxt keçirmək kimi jestlər üçün də bu dövr münasibdir. Bu zaman həm də yaradıcılıq enerjisi artır – sənətlə məşğul olan şəxslər üçün yeni ideyalar və ilham dalğası baş verə bilər. Sezar pizza
Bu günlərdə alış-veriş, yeni dərslərə başlamaq, yazı yazmaq və ya sosial mediada aktiv olmaq da uğurlu nəticələr verə bilər. Həmçinin bu müddət ərzində keçmişdəki münasibətlərin təkrar gündəmə gəlməsi, unudulmuş sevgililərdən xəbər almaq və ya köhnə duyğularla üzləşmək ehtimalı da yüksəkdir.
Astroloqlar həmçinin Saturn planetinin retro hərəkətə keçdiyini və bu vəziyyətin 29 noyabr 2025-ci ilə qədər davam edəcəyini qeyd edir. Bu dövr ərzində insanlar öz daxili dünyasına daha çox yönələcək, keçmişdə etdikləri seçimləri və qərarları daha dərindən dəyərləndirəcəklər. Satürn retrosu zamanı uğursuzluq qorxusu, özünə inamsızlıq, peşmançılıq və məsuliyyət hissi daha da güclənə bilər. Lakin bu astroloji proses insana həyatdakı zəif nöqtələrini tanımaq və inkişaf etdirmək üçün də imkan yaradır.
Üç günlük bu enerjinin sevgi münasibətləri və şəxsi inkişaf baxımından çox əhəmiyyətli olduğunu vurğulayır. Əgər bu fürsətdən düzgün şəkildə istifadə olunarsa, həm daxili harmoniya, həm də ətraf mühitlə daha sağlam əlaqələr qurmaq mümkündür. Bu dövrdə həyatın sevgi və gözəllik tərəflərinə diqqət yetirmək və münasibətlərdə səmimiyyətə üstünlük vermək tövsiyə olunur.
//yenisabah.az