image-copte-bulunan-bebek-davasinda-anne-ilkkez-hakim-karsisinda-19750114_2879_ampbackend

18 illik sirr açıldı: Körpəni zibilə atan ana məhkəmədə ifadə verdi

Kocaeli şəhərində 2007-ci ildə zibil qutusunda ölü halda tapılan yeni doğulmuş körpə ilə bağlı illərdir açılmayan cinayət işi yenidən gündəmə gəlib. Hadisə üzrə istintaqın 2025-ci ildə bərpa olunmasından sonra aparılan DNT və barmaq izi analizləri nəticəsində Emine Nilay Özkan körpənin anası kimi müəyyən edilib.

Referans Media xəbər verir ki, hadisə zamanı körpə boynuna dolanan göbək bağı səbəbilə dünyasını dəyişib. Uzun illər “naməlum ölüm” kimi qalan iş üzrə yeni dəlillərin əldə olunmasından sonra şübhəli şəxs saxlanılaraq 2025-ci ildə həbs edilib.

Şübhəli Emine Nilay Özkan ilk dəfə məhkəmə qarşısına çıxıb. O, ifadəsində hadisə anını tam xatırlamadığını bildirib və həmin dövrdə hamiləliyindən xəbərsiz olduğunu iddia edib. Özkan həmçinin doğuşdan sonra vəziyyətin nəzarətdən çıxdığını düşündüyünü və körpənin öldüyünü zənn etdiyini deyib.

Məhkəmədə ifadə verən Özkan “Göbək bağının bədənimdən necə ayrıldığını xatırlamıram. Körpəyə toxunduğumda isə bədəni artıq soyuq və hərəkətsiz idi” deyə bildirib.

İş üzrə aparılan istintaqda həmçinin şahid ifadələri də dinlənilib. Şahidlər o dövrdə qadının hamilə olduğunu açıq şəkildə fərq etmədiklərini bildiriblər.

Prokurorluq Emine Nilay Özkan barəsində “uşağı qəsdən öldürmə” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib. Məhkəmə isə iş üzrə bəzi çatışmazlıqların aradan qaldırılması üçün prosesi təxirə salıb.

İstintaqın növbəti iclasda davam etdiriləcəyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki