Türkiyədə inanılmaz dələduzluq hadisəsi baş verib.
Referans Media xəbər verir ki, Bursada 20 yaşlı hüquq fakültəsi tələbəsi E.A. tərəfindən yaradılan saxta TOKİ müraciət saytı vasitəsilə onlarla vətəndaş aldadıldı. Gənc qadının, bir dostuna “Onlar ev sahibi olmaq üçün müraciət edir, mən isə onların pulu ilə ev sahibi oluram” deməsi polisi hərəkətə keçirdi. Hadisə ilə bağlı 53 nəfər rəsmi şikayət edib.
Bursada hüquq fakültəsinin ikinci kurs tələbəsi olan E.A., internetdə saxta TOKİ müraciət platforması hazırladı. Ev sahibi ola biləcəklərini düşünən vətəndaşlar ödəmə etdikdən sonra müraciətlərinin keçərsiz olduğunu öyrənib saytda göstərilən nömrə ilə əlaqə saxladılar. E.A. isə bu dəfə onlara “Müraciətiniz dayandırılıb, açıqlama vermədiyiniz üçün yenidən ödəniş etməlisiniz” deyərək ikinci dəfə pul aldı. Zərərçəkənlər yenidən zəng etdikdə gənc qadının “Gedin polisə şikayət edin, mənim yuxum gəlir” deyərək telefonu bağladığı müəyyən edilib.
Şikayətlər əsasında Respublika Baş Prokurorluğunun göstərişi ilə hərəkətə keçən Bursa Polis İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsi, şübhəlinin Telegram üzərindən göndərdiyi linklə vətəndaşları aldatdığını müəyyənləşdirdi. Təxminən 10 günlük texniki və fiziki müşahidədən sonra keçirilən əməliyyatla E.A. saxlanılıb. Onun bir dostuna “Onlar ev almaq üçün müraciət edir, biz isə onların pulu ilə ev sahibi olacağıq” dediyi səs yazısı da istintaqa daxil edilib.
Məhkəməyə çıxarılan E.A. tutularaq həbsxanaya göndərildi. Onun əlaqəli olduğu digər şəxslərlə bağlı araşdırma davam edir.
Hadisə üzrə indiyə qədər 53 nəfərin rəsmi müraciət etdiyi bildirilib. Müraciət etməyən digər zərərçəkənlərin də kibercinayətlərlə mübarizə bölməsinə müraciət etməsi tövsiyə olunur.
