image-nocomment_a4b05b5c7f10eaf79ab1e742e9124998_m0v7zhen2gy8pr695w3cbackend

2025-ci ildə aramızdan ayrılan tanınmış simalar – SİYAHI

2025-ci il bəzi sənət adamları, tanınmışların itkisi ilə də yadda qalıb. İncəsənət, musiqi, teatr, ədəbiyyat və kino sahələrinə həyatını sərf edən bir çox dəyərli sənət adamı bu il aramızdan ayrıldı. Onların fəaliyyəti ölkənin ictimai-mədəni həyatında silinməz iz qoyub.

Referans Media 2025-ci ildə dünyasını dəyişən azərbaycanlı tanınmışların siyahısını təqdim edir:

Azər Baxşəliyev (1985-2025) tanınmış azərbaycanlı aktyor idi, ən çox “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” və “Əzəmət” obrazları ilə məşhurlaşdı. O, Beynəlxalq Universitetinin Ərəb regionşünaslığı fakültəsini bitirmişdi, evli idi, bir qızı var idi, lakin böyrək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəlikdən 5 yanvar 2025-ci ildə vəfat etdi.

Çimnaz Sultanova (15 yanvar 1980, Bakı – 15 yanvar 2025, Bakı) — Azərbaycan aktrisası və müğənnisi. “Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazına görə tanınırdı. Aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.

Ənvər Həsənov (17 avqust 1950, Bakı – 16 mart 2025, Bakı) — Azərbaycan aktyoru, rejissor, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). 2025-ci ilin yanvarında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və fevralın 3-ü evə buraxılıb. Ənvər Həsənov 16 mart 2025-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında həyat yoldaşının məzarı yanında dəfn edilib.

Azərbaycanın Xalq artisti, görkəmli muğam ifaçısı və pedaqoqu Arif Babayev 2025-ci il avqustun 1-də 87 yaşında Bakıda dünyasını dəyişib, səhər saatlarında ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinika Hospitalının Reanimasiya şöbəsində vəfat etmişdir. O, ölümündən bir neçə gün əvvəl kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Məşhur Azərbaycan yazıçısı, dövlət xadimi Elçin Əfəndiyev 3-cü avqust 2025-ci ildə vəfat etmişdir; o, 1943-cü ildə Bakıda doğulmuş, uzun illər Baş nazirin müavini vəzifəsini tutmuş, “Xalq yazıçısı” fəxri adına layiq görülmüş görkəmli ədəbi simadır.

Cabir İmanov – tanınmış aktyor, komediyaçı və “Parni iz Baku” KVN komandasının üzvü. Uzun illər “Planet Parni iz Baku” teatırında çıxış edən İmanov Azərbaycan yumor səhnəsinin sevilən simalarından biri idi. 2015-ci ildə “Əməkdar artist” adına layiq görülmüşdü. 2025-ci ildə qəfil ürək tutmasından vəfatı mədəniyyət ictimaiyyəti üçün böyük itki kimi dəyərləndirildi.

Ramiz Quliyev (1947-2025) görkəmli azərbaycanlı tarzən, pianoçu, pedaqoq, Azərbaycanın Xalq Artisti (1988) və Dövlət Mükafatı laureatı idi, 15 oktyabr 2025-ci il tarixində 78 yaşında Bakıda dünyasını dəyişdi, onun vəfatı Azərbaycanda böyük musiqi itkisi hesab olunur.

Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı (24 sentyabr 1936, Bakı – oktyabr 2025) —2025-ci ilin 9 oktyabr tarixində, ömrünün 89-cu ilində vəfat edib.

Əlisəmid Kür (1954–2025) – şair və ədəbiyyat tədqiqatçısı.Əlisəmid Kür (Əlisəmid Cəfərli) 1954-cü ildə Salyanda müəllim ailəsində doğulub. 1970–80-ci illərdə ədəbiyyata gələn Əlisəmid Kür lirik şeirləri ilə yanaşı ədəbiyyat haqqında tənqidi yazılar da yazmış, çağdaş poeziyamızın tanınmış nümayəndələrindən biri idi. Şair 13 oktyabrda dünyasını dəyişib.

Vahid Əliyev (1952–2025) – teatr aktyoru, Əməkdar artist.1952-ci ildə anadan olmuş Vahid Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorlarından biri olub, səhnə fəaliyyətinə görə 2011-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Əməkdar artist 2025-ci ildə dünyasını dəyişib.

Rəşad Bəxtiyarov (1978–2025) – teatr və kino aktyoru, Əməkdar artist. 1978-ci ildə Bakıda anadan olan Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının aktyoru olmuş, “Həqiqət işığında” və “Bəyaz həyat” kimi teleseriallarda yaddaqalan rollar ifa edib. Əməkdar artist 2025-ci ildə vəfat edib.

Roza Cəlilova (1929–2025) – rəqqasə və xoreoqraf, Azərbaycanın Xalq artisti. 1929-cu ildə Qubada doğulmuş Roza Cəlilova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərib, 1989-cu ildə yaratdığı “Gülüstan” rəqs ansamblı ilə milli rəqs sənətinin inkişafına töhfə verib. Xalq artisti 19 noyabrda vəfat edib.

Arif Buzovnalı (1972–2025) – şair (qəzəlxan). Arif Əliyev (təxəllüsü Buzovnalı) 1972-ci ildə Bakının Buzovna qəsəbəsində doğulub. Klasik üslubda qəzəllər yazan Arif Buzovnalı 1990-cı illərdə Qarabağ müharibəsində iştirak edib və 2025-ci 22 noyabrda 53 yaşında uzun sürən xəstəlikdən vəfat edib.

– Tanınmış iş adamı, “Azərsun Holdinq”in prezidenti Abdolbari Gözəl – 18 yanvar, 75 yaşında;

– Əməkdar artist, aktyor Mövsüm Hüseynov – 20 yanvar, 66 yaşında;

– Azərbaycan dövlət və ictimai-siyasi xadimi, Ədalət Partiyasının sədri İlyas İsmayılov – 17 fevral, insult, 86 yaşında;

– Professor Nizaməddin Şəmsizadə – 24 fevral, orqan çatışmazlığı, 70 yaşında;

– Fəlsəfə elmləri doktoru Niyazi Mehdi – 28 fevral, ürək xəstəliyi, 74 yaşında;

– SSRİ xalq artisti, balet ustası Tamilla Şirəliyeva – 12 mart, 79 yaşında;

– Şair, tərçüməci və jurnalist Valeh Məhərrəmli – 2 aprel, uzun sürən xəstəlik, 73 yaşında;

– Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev – 28 aprel, 66 yaşında;

– Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, şair-publisist Ramiz Məlikov (Duyğun) – 19 iyun, 87 yaşında;

– Jurnalist, yazıçı Ağaddin Babayev – 21 iyun, 69 yaşında;

– Bəstəkar Ruslan Əhmədoğlu – 6 iyul, 46 yaşında;

– Şair Həsən Kür – 7 iyul, beyin qanaması, 29 yaşında;

– Sabiq deputat, Azərbaycanın Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı – 24 iyul, parkinson xəstəliyi, 82 yaşında;

– Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva – 2 avqust, 62 yaşında;

– Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə – 6 avqust, 91 yaşında;

– Şair Kəramət Şükürov – 13 avqust, ürək tutması, 67 yaşında;

– Yazıçı Vidadi Babanlı – 16 avqust, 98 yaşında;

– Şair Məmməd İsmayıl – 19 avqust, ağciyər xərçəngi, 85 yaşında;

– Şair İsa Cavadoğlu (İsayev) – 30 avqust, 94 yaşında;

– Xalq rəssamı Nazim Bəykişiyev – 8 sentyabr, ağciyər xərçəngi, 77 yaşında;

– Xalq artisti Hacı Murad Yagizarov – 13 sentyabr, 86 yaşında;

– Jurnalist, politoloq Rasim Ağayev – 14 sentyabr, 85 yaşında;

– Hərbi jurnalist Şəmistan Nəzirli – 20 sentyabr, 83 yaşında;

– Əfsanəvi kəşfiyyatçı, “Gizir Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov – 23 sentyabr, minaya düşüb, 54 yaşında;

– Sabiq səhiyyə naziri Oktay Şirəliyev – 3 oktyabr, 75 yaşında;

– İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın əməkdar artisti Mais Nuriyev – 25 oktyabr, 68 yaşında;

– Aktyor, əməkdar artist Yadigar Muradov – 18 noyabr, xərçəng xəstəliyi, 66 yaşında;

– Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli – 21 noyabr, yanğın, 48 yaşında;

– Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Məhəmməd Hüseyn Dehqan – 22 noyabr, 91 yaşında;

– Meyxanaçı Ağakərim (Kərim Novruzov) – 19 dekabr, insult, 61 yaşında.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki