backend

2026-cı ildə Xərçəng bürcü: Maliyyə imkanları genişlənir

Astroloq Dinçer Günerin proqnozlarına görə, 2026-cı il Xərçəng və yüksələn Xərçəng bürcləri üçün xüsusilə maliyyə və karyera baxımından dönüş ili olacaq. Ortak vəsaitlər, borclar, miras və emosional paylaşımlar sahəsində taleyüklü yeni mərhələyə keçid gözlənilir.

Referans Media xəbər verir ki, ilin ilk aylarında karyera istiqamətində məsuliyyətlər artır, liderlik vəzifələri ön plana çıxır. Fevralda baş verəcək Günəş tutulması maliyyə sahəsində yeni başlanğıclar və eyni zamanda müəyyən gərginliklər yarada bilər.

Mart–iyun aylarında ünsiyyət, daxili transformasiya və gəlir imkanları diqqət mərkəzində olacaq. Xüsusilə iyun ayının sonundan etibarən Yupiterin mövqeyi maddi qazancın artmasına və maliyyə sabitliyinin möhkəmlənməsinə şərait yaradacaq.

Yay aylarında borcların həlli, maliyyə dəstəyi və gəlir gətirən layihələr üçün əlverişli astroloji təsirlər gözlənilir. Avqust ayında baş verəcək Günəş tutulması maaş artımı, yeni iş təklifi və ya əlavə gəlir imkanlarını gündəmə gətirə bilər.

Ümumilikdə, 2026-cı il Xərçəng bürcləri üçün maliyyə baxımından güclənmə, karyerada möhkəmlənmə və uzunmüddətli sabitlik vəd edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki