4 gün ardıcıl iş olmayacaq – Tarixlər backend

4 gün ardıcıl iş olmayacaq – Tarixlər 

  2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq.

Referans.az-ın məlumatına görə, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir.

Bu səbəbdən noyabrın 10, 11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir.

Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki