41 yaşlı ulduz futbolçu Avropa Liqasının tarixinə düşdü

Fransanın “Nitsa” klubunun müdafiəçisi Dante UEFA Avropa Liqasının rekordçusu olub.

Milli.Az xəbər verir ki, braziliyalı oyunçu əsas mərhələnin I turunda İtaliya təmsilçisi “Roma”ya qarşı keçirilən matçda meydana çıxmaqla tarix yazıb.

Təcrübəli futbolçu turnirin ən yaşlı iştirakçısı adına sahib çıxıb. Dante bu rekorda 41 yaş, 11 ay və 6 günlük olarkən nail olub.

Xatırladaq ki, görüşdə “Nitsa” 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki