43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

Bakıda 43 yaşlı kişi qəfil vəfat edib.

Referans Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 1-i saat 08 radələrində Hövsan qəsəbəsindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həyətində baş verib.

Vəfat edən şəxs Saatlı rayon sakini, 1983-cü il təvəllüdlü Ravin Daxil oğlu Nərimanovdur.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki