Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə danışıqlardan sonra cəbhə xəttində Starlink terminallarının fəaliyyətinin bərpası və Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı razılaşmalar əldə olunduğunu açıqlayıb.
Bu barədə “kanal 24” məlumat yayıb. Zelenskinin sözlərinə görə, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən müzakirələr zamanı Starlink terminallarının cəbhə xəttində tam fəaliyyətinin 48 saat ərzində bərpa edilməsi məsələsi razılaşdırılıb.
Ukrayna lideri, həmçinin Vaşinqtonun Kiyevə NATO müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə uyğun səviyyədə güclü təhlükəsizlik zəmanətləri verməyi vəd etdiyini bildirib.
Qeyd edək ki, NATO-nun 5-ci maddəsi alyansın üzvünə qarşı silahlı hücumu bütün üzvlərə qarşı hücum kimi qiymətləndirir. Ukraynaya bu səviyyədə zəmanət verilməsi ilə bağlı açıqlamanın konkret hüquqi mexanizmləri barədə isə əlavə məlumat təqdim edilməyib./Globalinfo.az
