Süni zəka iş yerlərimizi əlimizdən alacaq? – yeni risk

Süni intellektin sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Artıq bir sıra sahələrdə insan əməyini texnologiyalarla əvəzləmək imkanları müzakirə edilir. Azərbaycanda da yaxın illərdə bank sektorunda, dizayn və marketinq sahələrində, eləcə də istehsalatda süni intellektin tətbiqinin genişlənəcəyi və bəzi peşələrə tələbatın azalacağı ilə bağlı fikirlər səsləndirilir.

Süni intellekt həqiqətən insanları işsiz qoya bilərmi?

Referans Media xəbər verir ki, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Musavat.com-a bildirib ki, əmək bazarı yaranandan bəri müxtəlif peşələr meydana çıxıb, sonradan isə lüzumsuz hala gəlib və sıradan çıxıb. “Məsələn, Azərbaycanın son 30 ildəki əmək bazarına nəzər salsaq, nə qədər peşənin yoxa çıxdığını görə bilərik. Bu, daimi prosesdir. Sadəcə, 5-ci sənaye inqilabı, rəqəmsal inkişaf, internet-kommunikasiya texnologiyalarının inkişafı və süni intellektin tətbiqi bu prosesi bir neçə dəfə sürətləndirib. Təbii ki, bu gün hansısa dəzgahın arxasında tornaçının, qaynaq aparatının yanında qaynaqçının, yaxud mühərrik təmiri ilə məşğul olan çilingərin 10 ildən sonra da eyni qaydada işləməsinə ehtiyac olub-olmayacağını bilmirik. Çünki ən ağır texnikalar və dəzgahlar artıq proqramlaşdırılır, məsafədən idarə oluna bilir”,_- deyə S.Məmmədov vurğulayıb.

Taleyimə dünyanı gəzmək yazılıbmış

Onun fikrincə, şəhər nəqliyyatı, ictimai nəqliyyat və taksi xidmətləri də bu prosesdən kənarda qalmayacaq. Sahib Məmmədovun sözlərinə görə, texnoloji yeniliklər yalnız ofis işlərinə və intellektual fəaliyyət tələb edən peşələrə təsir göstərməyəcək.

Ekspert hesab edir ki, avtomatlaşdırma və süni intellektin tətbiqi ağır sənaye, hasilat, nəqliyyat və digər sahələrdə də iş proseslərini köklü şəkildə dəyişə bilər: “Məsələn, bank-maliyyə sistemini götürək. Kriptovalyutaların meydana çıxması və gələcəkdə dominant mövqeyə yiyələnməsi ənənəvi bankçılığın özünü belə sual altına qoya bilər. Təhsillə bağlı da eyni vəziyyətdir. Biz bilmirik ki, 10-15 ildən sonra indiki kampuslara, təhsil müəssisələrinə ehtiyac qalacaq, ya yox.
 söyləyə bilmir. Bununla yanaşı, adını çəkdiyimiz texnologiyaların, o cümlədən süni intellektin tətbiqi yeni iş yerlərinin yaranmasını da şərtləndirir. Yəni yeni iş yerlərinin açılması istisna deyil. Ancaq onların sayı bağlanan, sıradan çıxan, yox olan peşələrin sayından çox olmayacaq. Ona görə də biz hər şeyə hazır olmalıyıq”.

S.Məmmədov əlavə edib ki, gənclər 5-10 ildən sonra hansı peşələrin daha çox lazım olacağını bilmirlər: “Təhsil sistemi də hələlik həmin sahələr üzrə tələb olunan kadrları hazırlaya bilmir. Ona görə də bu istiqamətdə ciddi böhran gözlənilir. Məsələn, distant təhsil dövründə təhsil alan uşaqlar artıq əmək bazarına daxil olublar və həmin təhsilin bütün fəsadları üzə çıxmağa başlayıb. Bir-iki ildən sonra süni intellekt vasitəsilə təhsil almış gənclər də əmək bazarına daxil olduqca bu konflikt daha da dərinləşə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki