Mövsümi xəstəliklər, bahalı uşaq qidaları – APTEKLƏRDƏN REPORTAJ

Son dövrlər əhali arasında dərmanlara tələbatın artdığı bildirilir. Xüsusilə payız-qış mövsümünün gəlişi ilə soyuqdəymə və infeksiyalara qarşı preparatlar daha çox alınır. Bəzi dərmanların qiymətinin isə bahalaşdığı deyilir. Bəs apteklərdə daha çox hansı dərmanlar alınır, qiymətlər cibimizə nə qədər uyğundur?

Referans Media bildirir ki, Musavat.com əməkdaşı bir neçə aptekdə olub, son vəziyyəti öyrənməyə çalışıb. Müşahidələrimiz zamanı məlum oldu ki, apteklərə üz tutanların hamısı mövsümi xəstəliklərdən şikayət edənlər deyil. Şəkər və təzyiq xəstələri üçün isə aptekə getmək, demək olar ki, gündəlik həyatın bir hissəsidir.

Əczaçılarla söhbətimiz zamanı ilk diqqətimizi çəkən məqamlardan biri şəkər xəstələri üçün nəzərdə tutulan dərmanlara tələbatın çoxluğu oldu. Adının çəkilməyini istəməyən əczaçı xanım bizimlə söhbətdə dedi ki, bu xəstəliyi olan şəxslər mütəmadi olaraq apteklərə müraciət edirlər:" Soyuqdəymə və müxtəlif infeksiyalarla bağlı müraciətlər də az deyil. Xüsusilə ağrıkəsicilər və qrip əleyhinə toz halında olan preparatlar soruşulur".
Aptekdə onu da öyrəndik ki, şəkər xəstələrinin istifadə etdiyi preparatlardan “Qlükoavaş” 7 manat 67 qəpiyə, “Empa” isə 30 manata təklif olunur. “Amaril 4” də alıcıların soruşduğu dərmanlar sırasındadır. Əczaçıların bildirdiyinə görə, şəkər xəstəliyi üçün istifadə olunan preparatların qiymətində hər ay ciddi dəyişiklik müşahidə edilmir.

Apteklərə dair əsas tələblər açıqlandıElə aptekdə əczaçı ilə söhbətimiz zamanı şəkər xəstəliyindən əziyyət çəkən bir alıcı da söhbətimizə qoşulur. Onun sözlərinə görə, dərman almaq üçün demək olar ki, hər ay aptekə gəlməli olur. Qiymətlərdə ciddi fərq hiss etməsə də, bu dərmanların mütəmadi alınmasının xəstələr üçün nə demək olduğunu yaxşı bilir.
“Şəkərli diabed xəstələri çoxdur. Mən də tez-tez bura gəlirəm. Dərmanlarımızı vaxtlı-vaxtında almalıyıq. Bir nəfər üçün bəlkə də elə böyük məbləğ görünmür, amma hər ay dərman almaq məcburiyyətində olan nə qədər insan var”, – deyə alıcı bildirir.

Bol çeşidi ve münasib qiymetlerle müxtelif Usaq yemekleri yalnız bizim EKONOM aptekde

Körpəsinə qida alan digər alıcı isə narazılığını bildirdi:"Uşaq yeməyi "Kabrita"nın 800 qramlığı 58 manata idi, indi baxın, 77 manat 19 qəpiyə olub. Həkim bu qidamı almağı tapşırıb, məcburuq, nə edək. Ayda 6-7 ədəd apteklərdən bu qədər baha alırıq. Hər dəfə də qarğış tökürəm apteklərə".
Payız-qış mövsümüdür deyə üz tutduğumuz digər aptekdə başqa bir mənzərə ilə də qarşılaşırıq. Soyuqdəymə və qrip əlamətləri ilə bağlı müraciət edənlər ağrıkəsicilər, eləcə də “No-qrip”, “Teraflu” və “Paraferin” kimi preparatlarla maraqlanırlar. Əczaçıların sözlərinə görə, bu dərmanlara mövsümi tələbat var. Bununla belə, qrip halları ilə bağlı müraciətlərin əvvəlki dövrlə müqayisədə nisbətən az

aldığı da qeyd olunur.

Maraqlı məqamlardan biri də bəzi vətəndaşların arıqlamaq məqsədilə insulin dərmanları ilə maraqlanmasıdır. Əczaçıların bildirdiyinə görə, belə müraciətlərə rast gəlinir, amma ümumi müraciətlər arasında payı azdır. Həkim göstərişi olmadan insulin və digər şəkərsalıcı preparatlardan arıqlamaq məqsədilə istifadə etmək isə təhlükəlidir.

Niyə aptek-aptek gəzirik? - ARAŞDIRMAMüşahidələr göstərir ki, mövsümi xəstəliklərə qarşı dərmanlar hazırda tələbat olan məhsullar sırasındadır. Ancaq şəkər və təzyiq xəstələri üçün dərman almaq mövsümlə məhdudlaşmır. Onlar hər ay bu xərclə üzləşirlər.
Diqqət çəkən digər məqam isə apteklərdə dərmanların və satışda olan kosmetik məhsulların üzərində qiymət etiketinin olmamasıdır. Aptek əməkdaşları bizimlə söhbətdə bildirdi ki, qiymətlər tez-tez dəyişir ona görə qiymət etiketlərini yerləşdirmirlər. Dərmanların qiymətini də kompüter vasitəsilə yoxlayırlar.
Halbuki dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qablaşdırılması üzərində pərakəndə satış qiymətinin göstərilməsi “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 6.1-ci və 6.2-ci bəndləri ilə tələb olunur. Bu qaydaya əsasən, qiymətin qablaşdırma üzərində göstərilməsini aptek təmin etməlidir.

Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi istehlakçının malın qiyməti barədə məlumat almaq hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutur. Apteklərdə satılan sabun və kosmetik məhsulların qiymətinin alıcıya əvvəlcədən aydın şəkildə təqdim edilməməsi də istehlakçı hüquqları baxımından araşdırılmalı məsələdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki