Naxçıvanda ölümlə nəticələnən qəza baş verib.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə Culfa rayonunun Ərəzin kəndi ərazisində baş verib.
3 maşının iştirakı ilə baş verən qəzada 8 nəfər yaralanıb. Qəza zamanı 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu həyatını itirib.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
