Hörmüz boğazının cənub hissəsində iki milyon bareldən çox neft daşıyan supertanker minaya düşərək alovlanıb.
Referans Media bildirir ki, Globalinfo.az-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) açıqlamasına istinadən yaydığı məlumata görə, gəmi İran tərəfinin xəbərdarlıqlarına məhəl qoymayaraq boğazda icazəsiz marşrutla hərəkət etməyə çalışıb.
İİKK-nın bildirdiyinə görə, tanker naviqasiya sistemlərini sıradan çıxarıb və müəyyən edilmiş hərəkət qaydalarını pozub. Hadisənin digər təfərrüatları, o cümlədən ekipaj üzvlərinin vəziyyəti barədə məlumat verilməyib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl ABŞ-ın Tehranın irəli sürdüyü şərtləri yerinə yetirəcəyi təqdirdə Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planın nəzərdən keçirilə biləcəyini bildirmişdi.
