"Brent" markalı neft sürətlə ucuzlaşır

Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 3 faizdən çox ucuzlaşmağa başlayıb.

Referans Media xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 18:26-ya olan məlumata görə, dekabrda çatdırılma ilə bağlı neft fyuçerslərinin qiyməti 2,11 faiz azalaraq bir barel üçün 107,24 dollara düşüb. Saat 18:30-a doğru qiymətlərin enməsi sürətlənərək 3,02 faizə çatıb və bir barel üçün 106,24 dollar təşkil edib.

Noyabrda çatdırılma ilə bağlı WTI markalı neft fyuçerslərinin qiyməti də ucuzlaşıb. Xammalın qiyməti 2,95 faiz azalaraq bir barel üçün 95,62 dollara düşüb.

Oktyabrın 16-da dekabrda çatdırılma ilə bağlı "Brent" markalı neft fyuçerslərinin qiyməti 2026-cı il mayın 20-dən bəri ilk dəfə olaraq bir barel üçün 110 dollara çatıb.

Oktyabrın 5-də Bloomberg agentliyi Yaxın Şərqdə müharibənin yenidən başlayacağı qorxusu, ehtiyatların tükənməsi və dizel yanacağının çatışmazlığı səbəbindən "Brent" markalı neftin bir barelinin qiymətinin 100 dolları ötdüyünü bildirib. "Guotai Junan Futures" şirkətinin neft üzrə baş analitiki Süyü Çjaonun sözlərinə görə, əsas problem tədarükün artacağı təqdirdə vəziyyətin tam normallaşacağına dair zəmanətin olmamasıdır. Ekspert qeyd edib ki, bazar xammalın son təyinat nöqtəsinə təhlükəsiz və etibarlı şəkildə çatdırılmasının mümkün olub-olmadığını qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki