Prezident hər kəsin gözlədiyi FƏRMANI imzaladı – Deputat konkret detalları açıqladı

Son dövrlər dövlət qurumlarının birləşdirilməsi və idarəetmə strukturunun təkmilləşdirilməsi məsələsi müzakirə olunur. TƏBİB və Səhiyyə Nazirliyinin, eləcə də DİM və Elm və Təhsil Nazirliyinin birləşdirilməsi ehtimalı ilə bağlı suallar yaranır. Belə struktur dəyişiklikləri dövlət büdcəsi xərclərinin optimallaşdırılması və idarəetmənin səmərəliliyinin artırılması baxımından əhəmiyyət daşıyır.

Referans Media-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, struktur islahatları çərçivəsində dövlət qurumlarının birləşdirilməsi istiqamətində addımlar atılır. Onun sözlərinə görə, son bir ildə struktur islahatlarının daha çox aparıldığını müşahidə etmək mümkündür.

Deputat qeyd edib ki, bu islahatlar həm büdcə gəlirlərinin səmərəliliyinin artırılması, həm də büdcə xərclərinin optimallaşdırılması baxımından vacib hesab olunur. Bu istiqamətdə islahatlar davamlı şəkildə həyata keçirilir.

Vüqar Bayramov bildirib ki, əvvəlki illərdə də struktur islahatlarının davam etdirildiyi müşahidə olunub və növbəti dövrdə də bu prosesin davam edəcəyi gözlənilir.

Onun sözlərinə görə, iqtisadiyyat mövcud çağırışlara uyğun olaraq daha mobil və çevik olur. Eyni zamanda, büdcə gəlirləri və xərcləri sahəsində səmərəliliyin artırılması da əsas hədəflər sırasındadır.

Deputat vurğulayıb ki, konkret olaraq hansı dövlət qurumlarının birləşdirilməsi məsələsi müvafiq qiymətləndirmələr aparıldıqdan sonra müəyyənləşdirilir və Prezident tərəfindən imzalanan sənədlər əsasında reallaşdırılır.

Vüqar Bayramovun fikrincə, struktur islahatları ümumi islahat prosesinin vacib tərkib hissəsidir. Bu baxımdan, növbəti dövrdə Azərbaycanın idarəetmə strukturunun daha da çevikləşməsi və islahatların dərinləşməsi gözlənilir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki