Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç Avropa ölkələrinin sürətlə silahlanması fonunda üçüncü dünya müharibəsinin başlaya biləcəyini bəyan edib.
Referans Media xəbər verir ki, o, bu barədə jurnalist Kseniya Sobçakın “YouTube” platformasında yayımlanan müsahibəsində danışıb.
Vuçiç Avropanın müdafiə sənayesinə yatırdığı vəsaitin həcminə diqqət çəkib. Onun fikrincə, Avropa dövlətləri hərbi potensiallarını artırırlar. O, mövcud vəziyyəti Çexovun dramaturgiya prinsipilə müqayisə edib: əgər birinci pərdədə səhnədə tüfəng asılıbsa, üçüncü pərdədə o, mütləq atəş açacaq.
Vuçiç nümunə olaraq silah istehsalını artıran Almaniyanın müdafiə konserni “Rheinmetall”ı göstərib.
Dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı suala Serbiyanın keçmiş lideri belə cavab verib:
“Yanılsaydım, dünyanın ən xoşbəxt insanı olardım. Amma qorxuram ki, yanılmıram”./Publika.az
