48 yaşlı tanınmış aparıcı bu açıqlaması ilə ŞOK ETDİ

Təxminən bir il ərzində bağırsaq xərçəngi ilə mübarizə aparan tanınmış aparıcı və yazıçı Ece Vahapoğlu sevənlərinə şad xəbər verib.

Referans Media Musavat.com-a isdinadən xəbər verir ki , “2. Sayfa” proqramına verdiyi müsahibədə Vahapoğlu xərçəngə qalib gəldiyini açıqlayıb.

48 yaşlı aparıcı bu qələbəni həyatında yeni bir başlanğıc kimi qiymətləndirərək sevincini belə ifadə edib:

“Hamısı geridə qaldı. Şükürlər olsun ki, heç bir problemim yoxdur. Bu yayı yenidən doğulmuş bir Ece kimi qarşılayıram. Son vaxtlar tez-tez tort üzərində şam üfürürəm, hamı elə bilir ki, ad günümdür. Halbuki mən yenidən həyata qovuşmağımı qeyd edirəm”.

Ece Vahapoğlu yaşadığı çətin günlərdən də bəhs edib. O bildirib ki, valideynlərini ard-arda itirməyin ağrısını yaşadığı bir vaxtda müayinələr zamanı xəstəliyini öyrənib:

“Kolonoskopiya müayinəsi nəticəsində xərçəng olduğumu öyrəndim. İlk həftənin şokunu keçirdikdən sonra kimyaterapiya müalicəsinə başladım. Yaranan şişi düşmən kimi görmədim, bunun köklü bir təmizlənmə prosesinin başlanğıcı olduğuna inandım. Mənim kimi sağlam həyat tərzi keçirən, balanslı qidalanan, müntəzəm idman edən, yoqa və meditasiyanı həyatının bir hissəsinə çevirən insanların belə başına bu hadisə gələ bilər. Buna görə də hər kəsə mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edirəm”.

Ağır və yorucu kimyaterapiya prosesinə baxmayaraq, Ece Vahapoğlu iş və sosial həyatından uzaqlaşmayıb. Bu müddətdə yeni kitabını nəşr etdirib və televiziya layihələri üzərində işləməyə davam edib.

“Özünü ümidsiz və bədbəxt hiss edən bütün qadınlara nümunə olmaq üçün həyatımı təxirə salmadan, bütün gücümlə yoluma davam edəcəyəm”, - deyə aparıcı vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki