image-zelzele-1backend

7,6 bal gücündə zəlzələlər… – İstanbul üçün XƏBƏRDARLIQ

Türkiyənin qərbində 6,2 gücündə zəlzələ Mərmərə dənizində 12 km dərinlikdə baş verib.

Referans xəbər verir ki, bunu sosial şəbəkə hesabında Frank Hugerbits yazıb.

Ekspert xəbərdarlıq edib: “Bölgədə 7,0 – 7,6 bal gücündə zəlzələlər ola bilər.  Bugünkü zəlzələ güclüdür və afterşoklar olması mümkündür”.

Xatırladaq ki, aprelin 23-də İstanbulda 6,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki