İsveçrənin Valais kantonunda bazar ertəsi səhər bir sərnişin qatarı relsdən çıxdı. Yerli polis sosial media vasitəsilə verdiyi açıqlamada bildirib ki, hadisə səhər saat 07:00 radələrində baş verib.
Referans Media xəbər verir ki, rəsmi şəxslər bölgədə müdaxilənin davam etdiyini və qəzada yaralananların olduğunu bildiriblər.
Polisin Fransız Xəbər Agentliyi (AFP) ilə paylaşdığı məlumata görə, qəzanın dəqiq səbəbləri və yaralıların sayı barədə hələ ətraflı məlumat yoxdur.























