ABŞ 2 aylıq xəstə körpəni deportasiya edib

ABŞ-da Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Joaquin Castro bildirib ki, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) bronxit müalicəsi alan 2 aylıq Juan Nicolası ailəsi ilə birlikdə ölkədən çıxarıb.

Referans Media xəbər verir ki, Castro sosial şəbəkə platforması X-də paylaşım edərək, ICE tərəfindən deportasiya edilən ailənin vəkili ilə danışdığını qeyd edib. Onun sözlərinə görə, bronxitdən əziyyət çəkən 2 aylıq Juan Nicolas 16 aylıq qardaşı və valideynləri ilə birlikdə sərhəddən çıxarılıb.

“Xəstə bir körpənin və ailəsinin lazımsız şəkildə deportasiya edilməsi dəhşətli haldır”, – deyə Castro bildirib.

Konqres üzvü əlavə edib ki, o və komandası Juanın ailəsi ilə əlaqəni davam etdirir, onların yerini müəyyənləşdirməyə, sağlamlıq vəziyyəti barədə ətraflı məlumat almağa və təhlükəsizliklərini təmin etməyə çalışır. O, həmçinin ICE qurumunun bu addımına görə məsuliyyət daşımalı olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki