ABŞ-a xəbərdarlıq: İran “Hörmüz”lə bağlı yeni plan hazırlayır

İran parlamenti Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsinə dair güclü qətnamə qəbul etməyə hazırlaşır.

Referans Media  xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.

İran parlamenti sədrinin müavini Həmidrza Hacı-Babai bildirib ki, deputatlar artıq bununla bağlı qanun layihəsini müzakirə ediblər. Onun sözlərinə görə, sənəd boğazda gəmiçiliyin tənzimlənməsinin müxtəlif aspektlərini əhatə edir. Lakin o, layihənin bütün detallarını açıqlamayıb.

Hacı-Babai Tehranın ABŞ və İsrailə xəbərdarlıq etdiyini də açıqlayıb:

“Əgər Livana qarşı hücumlar dayandırılmasa, İran cavab tədbirləri görəcək və Bab əl-Məndəb boğazını bağlayacaq.

Bundan əvvəl Fars agentliyi də Hörmüz boğazına nəzarətin İranın əlində qalacağını yazmışdı.

Məlumata görə, Tehranın hazırladığı qanun layihəsində ABŞ-la mümkün razılaşma əldə olunsa belə, boğazın idarə olunması, marşrutların müəyyənləşdirilməsi, hərəkət cədvəlləri, keçid qaydaları və icazələrin verilməsi səlahiyyətlərinin İran tərəfində qalacağı nəzərdə tutulur./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki