image-virus-outbreak-mideast-iranbackend

ABŞ banklarının Yaxın Şərqdəki filialları VURULDU

İran Dubay və Manamədə yerləşən ABŞ-nin “Citibank” filiallarına hücum edib. Bu addım ABŞ və İsrailin Tehrandakı banklara zərbələrindən sonra atılıb.

Referans Media TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi general Əli Məhəmməd Naini məlumat verib.

“Amerika banklarına edilən hücum düşmənin 2 İran bankına qarşı həyata keçirdiyi təcavüzə cavabdır. Əgər düşmən bu addımı təkrar edərsə, bölgədəki bütün Amerika bankları bizim qanuni hədəfimiz olacaq”, – Deyə iranlı general bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki